”NAZ” markalı minik avtomobili dərəyə aşıb, bir nəfər xəsarət alıb

”NAZ” markalı minik avtomobili dərəyə aşıb, bir nəfər xəsarət alıb
# 11 mart 2018 19:12 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonunda “NAZ” markalı minik avtomobilinin dərəyə düşməsi barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR