Bakıda qadın pilləkandan yıxılaraq ölüb

Bakıda qadın pilləkandan yıxılaraq ölüb
# 09 sentyabr 2015 09:28 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 1-də paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Vəfa Qurbanova evinin pilləkanından yıxılması nəticəsində kəllə beyin xəsarəti ilə xəstəxanaya yerləşdirilib və sentyabrın 8-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR