Bakıda ikimərtəbəli yaşayış binasında yanğın olub

Bakıda ikimərtəbəli yaşayış binasında yanğın olub
# 27 noyabr 2016 14:43 (UTC +04:00)

Bakı şəhəri, Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, binanın 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 56 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə, 2-ci otağın ev əşyaları 5 m² sahədə yanıb.

Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 10 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR