İrəvanda aksiya keçirən etirazçılar hakimiyyətə tələblərini açıqlayıblar

İrəvanda aksiya keçirən etirazçılar hakimiyyətə tələblərini açıqlayıblar
# 26 iyun 2015 03:21 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, etirazçılar elektrik enerjisinin bahalaşması haqqında qərarın tətbiqinin dayandırılmasını, ictimaiyyət fəalları ilə elektrik enerjisi tariflərinin aşağı salınmasına dair danışıqlara başlamağı, həmçinin iyunun 23-də etirazçı və jurnalistlərə qarşı zor tətbiq etmiş mülki geyimli polis əməkdaşlarının məsuliyyətə cəlb edilməsini tələb ediblər.

“Biz hər-hansı siyasi qüvvəyə mənsub deyilik, Biz, soyğunçuluğa yol verməyərək, həmişə xalqla olacağıq”, deyə fəallar bildirib.

Hazırda aksiyanın keçirildiyi Baqramyan prospektində vəziyyət sakitdir. Etirazçılar mahnı oxuyub rəqs edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR