Azərbaycanda bu il 7 xəstəyə qaraciyər, 32 xəstəyə böyrək köçürülüb

Azərbaycanda bu il 7 xəstəyə qaraciyər, 32 xəstəyə böyrək köçürülüb
# 04 may 2018 14:41 (UTC +04:00)

Bu gün Bakıda qaraciyər-böyrək köçürülmüş xəstələrlə həkimlər arasında futbol matçı keçirilib.

APA-nın xəbərinə görə, futbol matçı “Donor ol, həyat bəxş et” layihəsi çərçivəsində baş tutub.

Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan transplantologiyası şöbəsinin müdiri, cərrah-transplantoloq Mircəlal Kazimi bildirib ki, qarşılaşmadan öncə bugünkü oyunun keçirilməsində əsas məqsəd orqan köçürülən xəstələrin cəmiyyətə inteqrasiya etdiyini sübut etməkdir.

Cərrah-transplantoloq deyib ki, Azərbaycanda 2008-ci ildən indiyə qədər 600-dən çox xəstəyə qaraciyər və böyrək köçürülüb: "Xəstə yaxınlarının bizə ünvanladığı əsas sual xəstələrin əməliyyatdan sonrakı durumu ilə bağlı olur. Əslində xəstələr əməliyyatdan sonra normal həyatlarına qayıdır. Bugünkü futbol matçı da buna bariz nümunədir".

M. Kazımi qeyd edib ki, bu il 7 xəstəyə qaraciyər, 32 xəstəyə böyrək köçürülüb: "Ötən il və bu il isə ümumilikdə 2 xəstəyə çarpaz orqan köçürülməsi əməliyyatı icra edilib. Əməliyyatlardan sonra xəstələrdə ciddi fəsadlar qeydə alınmayıb".

Qeyd edək ki, futbol matçı xəstələrin qələbəsi ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR