"Rabitəbank" gələn il müştərilərə yeni xidmətlər təklif edəcək

"Rabitəbank" gələn il müştərilərə yeni xidmətlər təklif edəcək
# 29 dekabr 2019 10:53 (UTC +04:00)

“Rabitəbank” ASC və ölkənin ilk və qabaqcıl prosessinq mərkəzi “AzəriCard” gələn il Beynəlxalq ödəniş sistemlərinin təqdim etdiyi VTS (“Visa Token Service”) və “Mastercard MDES” (“Mastercard Digital Enablement Service”) layihələrinin tətbiqini həyata keçirməyə planlaşdırır.

APA-Economics”in banka istinadən verdiyi xəbərə görə, bu iki ödəniş sistemi – VTS/MDES xidməti “Android” platformalı mobil telefonlarda “Visa”/“Mastercard” kartları ilə NFC texnologiyası üzərindən təmassız ödənişlərin aparılmasına imkan verən rəqəmsal xidmətdir. Bu istiqamətdə artıq ilkin testlərin həyata keçirilməsi başlayıb.

Həmçinin, “Rabitəbank” “Mastercard” şirkətinin digər qlobal istifadəyə malik tək toxunuşlu və təhlükəsiz ödəniş həlli olan “Masterpass” layihəsini “AzəriCard” prosessinq mərkəzi ilə tətbiq etməyi 2020-ci ildən etibarən nəzərdə tutub.

“Rabitəbank” və “AzeriCard”ın yeni və rəqəmsal xidmətlərinin siyahısına, kart vasitəsi ilə beynəlxalq pul köçürmələrini reallaşdırmaq üçün “Mastercard Moneysend” və “Visa Direct” xidmətlərinin tətbiqi olunması da daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR