Apreldə “Azərkosmos”un gəlirləri kəskin artıb

Apreldə “Azərkosmos”un gəlirləri kəskin artıb
# 31 may 2018 12:20 (UTC +04:00)

2018-ci ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 19 ölkəsinə peyk və telekommunikasiya xidmətləri ixrac edilib.

"APA-Economics"in məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin may ayı üçün sayında qeyd olunub ki, bu ilin ilk 4 ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 9,3 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. Xüsusən də 2018-ci ilin aprel ayı “Azərkosmos” ASC üçün əlamətdar olub. Aprel ayında xidmət ixracın dəyəri 5,85 milyon ABŞ dolları təşkil edib.

“Azərkosmos” ASC-nin 2018-ci ilin ilk 4 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Gürcüstan, Çin, Misir, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digərləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR