OPEK ekspertləri neft hasilatının azaldılmasına dair təklifləri hazırlayıblar

OPEK ekspertləri neft hasilatının azaldılmasına dair təklifləri hazırlayıblar
# 22 noyabr 2016 22:44 (UTC +04:00)

OPEK-ə üzv olan ölkələrin ekspertləri neft hasilatının azaldılmasına dair yekun təkliflər paketini hazırlayıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, həmin təkliflərin OPEK-ə üzv ölkələrin nazirlərinin noyabrın 30-da keçiriləcək növbəti görüşündə müzakirə olunaraq təsdiq olunması gözlənilir.

“Texniki komitənin işi çox uğurlu olub. Komitə yekun hesabatı noyabrın 30-da keçiriləcək görüş zamanı nəzərdən keçirilməsi üçün nazirlərə təqdim edəcək”, - deyə mənbə bildirib.

Nigeriya nümayəndəsi İbrahim Vaya bundan əvvəl bildirib ki, hasilat səviyyəsinin məhdudlaşdırılması əvvəllər təklif olunduğu 12 ay yox, 6 ay müddətinə müəyyən ediləcək. Müddətin azaldılması limitlərin tətbiqinin çətinliyi ilə əlaqələndirilir.

Yaradılacaq xüsusi texniki qrup sazişin şərtlərinə əməl olunmasına nəzarət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR