Fransa prezidenti: "Bu həftə bir neçə terror aktının qarşısı alınıb"

Fransa prezidenti: "Bu həftə bir neçə terror aktının qarşısı alınıb"
# 15 iyul 2015 20:31 (UTC +04:00)

Bakı-APA. Fransa prezidenti Fransua Olland bu həftə ərzində bir neçə terror aktının qarşısının polis tərəfindən alındığını bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Olland bunu ölkənin cənubundakı neft-kimya müəssisəsində törədilmiş partlayış barədə suala cavabında bildirib.

“Bu həftə ərzində biz törədilməsi planlaşdırılan bir neçə terror aktının qarşısı almışıq. DİN rəhbəri Bernar Kaznev bununla bağlı sabah bəyanat verəcək”, deyə Olland bildirib. Prezident məsələnin təfərrüatlarını açıqlamaqdan boyun qaçırıb.

Dövlət başçısı həmçinin zavodda partlayış törədənlərin məsuliyyətə cəlb olunması üçün tədbirlərin görüldüyünü bildirib.

Qeyd edək ki, Marsel aeroportu yaxınlığında yerləşən “LyondellBasell” müəssisəsində güclü yanğına səbəb olmuş iki partlayış törədilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR