Lavrov: "Rusiya "Skripal işinin" açılmasında hər kəsdən daha çox maraqlıdır"

Lavrov: "Rusiya "Skripal işinin" açılmasında hər kəsdən daha çox maraqlıdır"
# 02 aprel 2018 12:55 (UTC +04:00)

"Rusiya Sergey Skripal və qızının Böyük Britaniyada zəhərlənməsi işinin açılmasında hər kəsdən daha çox maraqlıdır. Rusiyanın Sergey Skripalın zəhərlənməsi üçün motivi ola bilməzdi. Rusiya bu şəxsi bir neçə il əvvəl əfv edib və o, azadlığa buraxılıb. Ona qarşı hansısa iddia olsaydı, azad edilməzdi".

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Rusiyanın Skripalın zəhərlənməsi ilə bir heç bir əlaqəsi yoxdur.

S. Lavrov “Skripal işi” ilə bağlı Rusiya diplomatlarının xaric olunmasının qondarma bəhanələrlə baş verdiyini deyib: “Fakt olmadıqda acıqlarını diplomatlardan çıxırlar. Halbuki diplomatların işi məhz əlaqələri dəstəkləmək, çətin vəziyyətləri həll etmək, çətinliyin aradan qaldırılması üçün yollar tapmaqdır. Diplomatları göndərməklə bu cür imkanların qarşısını alırlar”.

Qeyd edək ki, martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Böyük Britaniyanın Slosberi şəhərinin mərkəzində huşsuz vəziyyətdə tapılıb. Britaniya hökuməti hər iki şəxsin kimyəvi maddə ilə zəhərləndiyini bildirib. Cavab tədbiri olaraq rəsmi London 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Britaniyanın bu qərarına dəstək olaraq Aİ-nin 16 ölkəsi, ABŞ, Kanada, Norveç, Avstraliya, Moldova, Albaniya, Makedoniya və Ukrayna da eyni addımı atıb. Ümumilikdə 150 rusiyalı diplomat bu ölkələrdən qovulub. Rusiya da buna cavab olaraq analoji addımlar atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR