Külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb

Külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb
# 31 may 2018 07:41 (UTC +04:00)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Öncə həmin şəxs üzərində 1 ədəd sırğa-üzük-kulon dəsti, 2 ədəd boyunbağı, 3 ədəd üzük, 2 ədəd qolbaq olduğunu bildirib və gömrük nəzarətinə bundan başqa bəyan olunası əşyanın olmadığını söyləyib.

Lakin yoxlama zamanı, vətəndaşın üzərində - şalvarının qabaq yuxarı hissəsinə iç tərəfdən alt paltarla bərkidilmiş bir ədəd sellofan büküm aşkar edilib. Həmin bükümün içərisində isə bəzilərinin üzərində qaşlar olan 28 ədəd qolbaq, 28 ədəd boyunbağı, 7 ədəd üzük, 43 cüt sırğa, 1 ədəd sırğa-üzük-kulon dəsti və 12 ədəd sırğa-üzük dəsti aşkarlanıb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 486,88 qram olan 585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR