İraq ordusu Mosulun əsas inzibati binasını azad edib

İraq ordusu Mosulun əsas inzibati binasını azad edib
# 13 yanvar 2017 18:46 (UTC +04:00)

İraq ordusu Mosulun əsas inzibati binasını İŞİD terror qruplaşmasının terrorçularından azad edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ müdafiə nazirinin köməkçisi səlahiyyətlərini icra edən Eliza Slotkin bəyan edib.

“Hazırda Mosulun əsas inzibati binasının damında İraq bayrağı dalğalanır”, deyə E.Slotkin bildirib.

Qeyd edək ki, Mosulun terrorçu İŞİD qruplaşmasından azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb. Əməliyyatda İraq ordusu, Kürd peşmərgə birləşmələri, yerli özünümüdafiə dəstələri və ABŞ-ın rəhbərliyi altında beynəlxalq hərbi-hava qüvvələri iştirak edir.

Xatırladaq ki, Mosul şəhəri 2014-cü ilin iyunundan İŞİD-in nəzarətinə keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR