Yevlaxda avtomobil kanala düşüb, sürücü ölüb

Yevlaxda avtomobil kanala düşüb, sürücü ölüb
# 07 avqust 2015 19:34 (UTC +04:00)

Bakı-APA. Yevlaxda ağır yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yuxarı Şirvan kanalının Yevlax rayonu ərazisindən keçən hissəsinə “QAZ” markalı minik avtomobili düşüb.

Nəticədə, 1981-ci il təvəllüdlü Məmmədov Rəşad Faiq oğlu avtomobildə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər R.Məmmədovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 21:25-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR