Gürcüstanın hakim partiyası prezident seçkilərində müstəqil namizədi dəstəkləyə bilər

Gürcüstanın hakim partiyası prezident seçkilərində müstəqil namizədi dəstəkləyə bilər
# 13 iyul 2018 10:32 (UTC +04:00)

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyası bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində müstəqil namizəd olacaq Salome Zurabişvilini dəstəkləyə bilər.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumatlara əsasən parlamentin üzvü S. Zurabişvili prezident seçkilərində iştirak edəcəyi ilə bağlı artıq qərar qəbul edib.

Xanım siyasətçi bu barədə danışmağın hələ tez olduğunu və hakim partiya ilə seçkilərlə bağlı hər hansı məsləhətləşmənin aparılmadığını bildirib.

Qeyd edək ki, S. Zurabişvili 2004-2006-cı illərdə Gürcüstanın xarici işlər naziri olub. O, 2003-cü ildə Gürcüstanın Fransadakı səfiri, daha sonrakı illərdə “Gürcüstan Yolu” Partiyası və “Salome Zurabişvilinin İctimai Hərəkatı”nın lideri olub. S. Zurabişvili 2016-cı ildə keçirilmiş parlament seçkilərində Tbilisinin Mtatsminda rayonundan müstəqil namizəd kimi iştirak edərək deputat seçilib. “Gürcü Arzusu” partiyası paytaxtın həmin rayonundan namizəd irəli sürməyərək, seçkilərdə xanım siyasətçini dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR