Sabirabadda qəbiristanlıqdan oğurluq edilib

Sabirabadda qəbiristanlıqdan oğurluq edilib
# 17 mart 2018 12:02 (UTC +04:00)

Sabirabad Rayon Polis Şöbəsinə rayonun Kürkəndi kəndi ərazisindəki qəbiristanlıqda qəbirlərin kənarına quraşdırılan alüminiumdan olan çəpərlərin bəzək əşyalarının oğurlanması barədə müraciət daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Sabirabad şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Mircabbar Miriyev, Yusif Əzizov və Əli Şirinov olduqları müəyyən edilib.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR