Əfqan Muxtarlının cinayət işi üzrə məhkəmə başlayıb - YENİLƏNİB

Əfqan Muxtarlının cinayət işi üzrə məhkəmə başlayıb - <span style="color: red;">YENİLƏNİB
# 30 noyabr 2017 08:40 (UTC +04:00)

Bu gün Balakən Rayon Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə məhkəmə iclası başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 14-nə təyin edilib.

Baş Prokurorluğun məlumatında bildirilir ki, Ə. Muxtarlı bu il mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.

Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Ə. Muxtarlı ittihamı qəbul etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR