Vəkillər Kollegiyası həbsdə olan Gədəbəy RİH-in sabiq başçısı ilə bağlı iddialara cavab verib

Vəkillər Kollegiyası həbsdə olan Gədəbəy RİH-in sabiq başçısı ilə bağlı iddialara cavab verib
# 05 iyun 2018 15:57 (UTC +04:00)

Vəkillər Kollegiyası həbsdə olan Gədəbəy rayonu İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun ona müdafiəçi kimi təyin olunmuş vəkili ilə heç vaxt görüşməməsi, habelə onun yaxın qohumlarının tutduğu vəkillə ünsiyyət hüququnun təmin edilməməsi barədə KİV-də yayılan məlumatlara münasibət bildirib.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vətəndaş Saleh Rüstəmova onun iddialarının əksinə olaraq, mayın 10-da müdafiəçi qismində Vəkillər Kollegiyasının üzvü İlhamə Həsənova ilə müqavilə bağlanılıb, həmin ayın 15, 17 və 24-ü tarixlərində isə vəkil İlhamə Həsənova ilə Saleh Rüstəmovun görüşü olub.

Vəkillər Kollegiyası bəzi kütləvi informasiya vasitələrində yoxlanılmamış, təhrif olunmuş və ictimaiyyətin çaşdırılmasına yönəlmiş bu kimi məlumatların yayılması hallarına təəssüf edir və KİV nümayəndələrinə belə hallarda Kollegiyanın mətbuat xidmətinə müraciət etmələrini tövsiyə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR