AİB Azərbaycana müxtəlif istiqamətlər üzrə texniki dəstəyin göstərilməsi məqsədilə təkrar araşdırmalar aparacaq

AİB Azərbaycana müxtəlif istiqamətlər üzrə texniki dəstəyin göstərilməsi məqsədilə təkrar araşdırmalar aparacaq
# 15 yanvar 2018 11:35 (UTC +04:00)

Strateji yol xəritələrində İqtisadiyyat Nazirliyinin icraçı olduğu tədbirlərin yüksək səviyyədə yerinə yetirilməsi və tədbirlərin icrasında səmərəliliyin təmin edilməsi məqsədilə beynəlxalq təcrübənin tətbiq edilməsi zəruri olan prioritet istiqamətlər üzrə mümkün dəstəyin göstərilməsi ilə bağlı Asiya İnkişaf Bankının (AİB) nümayəndələrinin iştirakı ilə işgüzar görüş keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, AİB nümayəndələri tərəfindən strateji yol xəritələrində nəzərdə tutulmuş və texniki dəstəyin göstərilməsi mümkün olan istiqamətlər barədə məlumat verilib və təklif edilən texniki dəstəyin göstərilməsi üçün növbəti addımların müəyyənləşdirilməsi istiqamətində birgə müzakirələr aparılıb.

Görüşdə AİB tərəfindən texniki dəstəyin göstərilməsi məqsədilə seçilmiş istiqamətlər üzrə təkrar araşdırmaların aparılması və bankın daxili prosedur qaydaları əsasında dəstək göstərilməsi təsdiqlənəcək tədbirlər barədə məlumatların İqtisadiyyat Nazirliyinə təqdim edilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR