Avropa Birliyinin təmsilçiləri “Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirləri ilə görüşüblər

Avropa Birliyinin təmsilçiləri “Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirləri ilə görüşüblər
# 27 sentyabr 2013 07:37 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton və AB-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Nyu Yorkda “Şərq tərəfdaşlığı” iştirakçısı olan ölkələrin xarici işlər nazirləri ilə görüşüblər. APA-nın xəbərinə görə, görüşdə “Şərq tərəfdaşlığı”nın noyabrda keçiriləcək Vilnüs sammitinə hazırlıq məsələləri müzakirə olunub.

K. Eşton və Ş. Füle bildiriblər ki, AB-nin öz qonşuları ilə bağlı siyasəti AB-nin dəyərlərinə əsaslanır və tərəfdaşların ehtiyaclarına, istəklərinə uyğunlaşdırılır. Onlar qeyd ediblər ki, “Şərq tərəfdaşlığı” çərçivəsində əməkdaşlıq, o cümlədən assosiasiya sazişi regional əməkdaşlıq üçün də faydalı olacaq. Hər iki AB təmsilçisi tərəfdaş ölkələrə təzyiq göstərilməsinin yolverilməz olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR