İstanbulda Suriyada itkin düşmüş və Misirdə həbs edilmiş jurnalistlərə dəstək aksiyası keçirilib - FOTO

İstanbulda Suriyada itkin düşmüş və Misirdə həbs edilmiş jurnalistlərə dəstək aksiyası keçirilib - <span style="color: red;">FOTO
# 20 noyabr 2013 13:38 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. İstanbul şəhərində Suriyada itkin düşmüş fələstinli jurnalist Başar Fəhmi Kadomi və Qahirədə həbsdə saxlanılan TRT müxbiri Mətin Turana dəstək aksiyası keçirilib. APA-nın xəbərinə görə, aksiyada B. F. Kadominin xanımı çıxış edərək həyat yoldaşından 460 gündən bəri xəbər almadıqlarını deyib və yardım üçün beynəlxalq ictimaiyyətə müraciət edib.

M. Turanın qardaşı isə çıxışında 96 gündən bəri Qahirədə həbsdə saxlanılan qardaşının azad edilməsini tələb edib. Aksiyanın qətnaməsini oxuyan jurnalist-yazar Ardan Zenturk yerli və əcnəbi jurnalist təşkilatlarını Suriya və Misir rəhbərliyinə təzyiq göstərərək həmkarlarının dərhal azad edilməsinə nail olmağa çağırıb.

Qeyd edək ki, B. F. Kadomi 2012-ci ilin yayında Suriyanın Hələb şəhərindəki döyuşləri isıqlandırarkən itkin düşüb. Türkiyənin bütün cəhdlərinə baxmayaraq, indiyə qədər ondan heç bir xəbər alına bilməyib. TRT-nin müxbiri Mətin Turan isə 3 iyulda Misirdə baş verən hərbi çevrilişdən bir müddət sonra Qahirədə həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR