Azərbaycanda böcəklərin biomüxtəlifliyi nadir və nəsli kəsilməkdə olan növlərin müasir vəziyyəti araşdırılıb

Azərbaycanda böcəklərin biomüxtəlifliyi nadir və nəsli kəsilməkdə olan növlərin müasir vəziyyəti araşdırılıb
# 24 iyun 2014 14:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun əməkdaşları Lerikdə ekspedisiyada olub. Zoologiya İnstitutundan APA-ya verilən xəbərə görə, tədqiqat “Lənkəran təbii vilayətində karabid və uzunbığ böcəklərin biomüxtəlifliyi nadir və nəsli kəsilməkdə olan növlərin müasir vəziyyəti” adlı 3 illik iş çərçivəsində həyata keçirilib. “Cücülərin ekologiyası və fiziologiyası” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Barat Əhmədovun rəhbərliyi ilə aparılan ekspedisiya böcəklərin sayı, biotopları (məskunlaşdığı yer), insan amilinin ona təsirini öyrənmək məqsədi daşıyır.

Araşdırmalar zamanı bölgədə 10 növ qızılböcək, 10 növ uzunbığ böcək toplanılıb. Bu növlərin statusu və nadirlik dərəcəsi müəyyənləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR