Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 10% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 10% artıb
# 11 oktyabr 2013 08:15 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət bazarında əhaliyə 13,9 mlrd. manatlıq və ya keçən ilin 9 ayı ilə müqayisədə 9,6% çox müxtəlif istehlak malları satılıb.

APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

İstehlak mallarının 51,9%-ni ərzaq, 48,1%-ni qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,1 faiz bəndi artıb.


Yanvar-sentyabr aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 1,8 mln. manat təşkil edib. Əhali onlayn rejimdə sifariş verdiyi istehlak mallarının 84,7%-ni hüquqi, 15,3%-ni fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 91,3%-ni qeyri-ərzaq malları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR