Azərbaycan MN: Ermənilər ATƏT-in monitorinqi zamanı atəşkəsi pozublar

Azərbaycan MN: Ermənilər ATƏT-in monitorinqi zamanı atəşkəsi pozublar
# 17 oktyabr 2013 12:15 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi təmas xəttində monitorinq keçirdiyi zaman ermənilər atəşkəsi pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-ya bildirib ki, bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycanın Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndinin yaxınlığındakı təmas xəttində keçirilməsi nəzərdə tutulan monitorinqin başlanmasına az qalmış erməni silahlı bölmələri tərəfindən atəşkəs rejimi pozulub.

Bu səbəbdən də monitorinq dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR