Böyük Britaniyanın Sheffield Universitetində Azərbaycan mədəniyyət gecəsi keçirilib - FOTO

Böyük Britaniyanın Sheffield Universitetində Azərbaycan mədəniyyət gecəsi keçirilib - <span style="color: red;">FOTO
# 14 dekabr 2012 11:53 (UTC +04:00)

Bakı-APA. Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAIF) dəstəyi ilə Sheffield Azərbaycan Cəmiyyəti tərəfindən Böyük Britaniyanın Sheffield şəhərində Azərbaycana həsr olunmuş tədbir keçirilib. ASAIF-dən APA-ya verilən məlumata görə, tədbirin əsas məqsədi xarici tələbələrin Azərbaycan haqqında dünyagörüşünü artırmaq olub. Tədbirdə Böyük Britaniya, ABŞ, Bolqarıstan, Yunanıstan, Rumıniya, Qazaxıstan, Rusiya, Türkiyə kimi ölkələrin tələbələri iştirak ediblər.

Qonaqların arasında Sheffield Universitetinin tələbə birliyinin prezidenti də olub.

Sheffield Azərbaycan Cəmiyyətinin prezidenti Cavid Məmmədzadə tədbiri açıq elan edəndən sonra qonaqlara Azərbaycan haqqında təqdimat nümayiş olunub.

Təqdimatın məzmununa Azərbaycanın tarixi, mədəniyyəti ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının 20%-in erməni separatçıları tərəfindən işğalı kimi faktlar daxil edilib.

Tədbirin sonunda Sheffield Azərbaycan Cəmiyyətinin üzvlük kartları haqqında məlumat verilib və tələbələrin əksəriyyəti cəmiyyətə üzv olub.

Sheffield Azərbaycan Cəmiyyəti və ASAIF arasında gələcəkdə əməkdaşlıq və digər mövzularda müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR