«Unibank»ın filialları gələn həftənin sonunadək 1 saat artıq işləyəcək

«Unibank»ın filialları gələn həftənin sonunadək 1 saat artıq işləyəcək
# 21 dekabr 2012 09:30 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gündən etibarən Azərbaycanın «Unibank» ASC-nin filialları saat 19:00-dək işləyəcək. Bankdan «APA-Economics»ə verilən məlumata görə, Bakıda yerləşən 11 saylı («Dərnəgül») və 16 saylı («Baksovet») filialları istisna olmaqla, baş ofisin müştərilərə xidmət bölməsi, «Unibank»ın paytaxt və bölgələrdəki filialları dekabrın 30-u da daxil olmaqla, ilin sonunadək həftənin bütün günləri saat 09:00-dan 19:00-dək fasiləsiz işləyəcək. Əməliyyatlar saat 18:30-dək aparılacaq.

«Unibank»ın «Neftçilər» və 10 saylı («Əhmədli») filialları həmişə olduğu kimi müştərilərə həftənin 6 günü saat 09:00-dan 20:30-dək xidmət göstərəcək. Bankın Bülbül pr-ti,10 ünvanında, «Sahil» metro stansiyası yaxınlığında yerləşən 17 saylı «Sahil» filialı isə günün 24 saatı fəaliyyətdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR