«Azərikimya»da sağlamlıq aksiyası keçirilir

«Azərikimya»da sağlamlıq aksiyası keçirilir
# 19 dekabr 2012 13:16 (UTC +04:00)

Bakı - APA-Economics. Kimyaçıların kompleks müayinə olun­ması və müalicəsi məqsədilə «Azərikimya» İstehsalat Birliyinin təklifi üzrə Mərkəzi Neftçilər Xəstəxanasının geniş tərkibli həkim briqa­da­sının iştirakı ilə Sumqayıtda sağlamlıq aksiyasına başlanıb.

«Azərikimya»dan «APA-Economics»ə verilən məlumata görə, Neftçilər Xəstəxanasının geniş təcrübəyə malik tibb işçilərinin 15 nəfər­dən ibarət qrupu bütün həftə ərzində kimyaçılara kompleks tibbi xidmət gös­tərəcək.

Xəstəxananın həkimləri Etilen-polietilen zavodu ərazisindəki «Kimyaçı» poliklinikasında müalicəyə ehtiyacı olan kimyaçıların kompleks müayinəsini həyata keçirəcək və onlara müvafiq müalicə təyin edəcəklər. Lazım olsa, bilavasitə poliklinikada göz, burun-boğaz və digər cərrahiyyə əməliyyatları yerinə yetiriləcək.

Qeyd edək ki, artıq «Azərikimya»da «zavod şəraitində» cərrahi əməliyyatlar üzrə təcrübə var. Belə ki, Azərbaycan Dövlət Neft Şirkətinin təşəbbüsü ilə hələ keçən ilin avqust-sentyabr aylarında «Kimyaçı» poliklini­kasında 15-ə yaxın kimyaçı gözlərindən əməliyyat olunub. Budəfəki aksiyanın ilk iki günündə 220-dən artıq işçi həkim müayinəsindən keçib və müalicə təyinatları verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR