“Ərciyəsspor” klubunun baş məşqçisi: “Ruslan Abışova o qədər pul verməyə imkanımız yox idi”

“Ərciyəsspor” klubunun baş məşqçisi: “Ruslan Abışova o qədər pul verməyə imkanımız yox idi”
# 04 dekabr 2012 15:26 (UTC +04:00)

Bakı – APA. “Açığı, “Dənizlispor” rəsmilərinin Azərbaycana yollanıb, futbolçu bəyənmələrindən xəbərim yoxdur”. Bunu apasport.az saytına müsahibəsində “Ərciyəsspor”un baş məşqçisi Osman Özköylü deyib.

Türkiyəli çalışdırıcı ötən mövsüm “Dənizlispor”da çalışarkən Ruslan Abışovu heyətə qatmaq istədiyini etiraf edib: “Yığmanızda çıxış edənlərdən Ruslan Abışovun oyunu çox xoşuma gəlirdi. Onun sərgilədiyi futbol tam mən istəyən idi. “Dənizlispor”da işləyən vaxt ötən mövsümün qış fasiləsində Ruslanı heyətə qatmaq istədik. Onda “Neftçi”yə məxsus idi. Azərbaycanda olan tanışlar vasitəsilə ona xəbər yolladıq. Ancaq futbolçu klubunda filan qədər aldığını, ordakından az maaş almaq istəmədiyini bildirincə, transferdən vaz keçdik. Çünki Ruslana o qədər pul verməyə imkanımız yox idi”.

Özköylü yayda Cavid İmamverdiyevin transferinin baş tutmamasında isə “Neftçi”ni günahlandırdı: “Yayda Cavidin transferi üçün də çox çalışdıq. Ancaq “Neftçi” onun keçidinə maneə yaratdı. Yoxsa bu futbolçunun da komandama uyğun gəldiyini və bizə çox xeyir verəcəyini düşünürdüm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR