Vidadi İsgəndərlinin apellyasiya şikayəti təmin olunmayıb

Vidadi İsgəndərlinin apellyasiya şikayəti təmin olunmayıb
# 27 noyabr 2012 10:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan deputatlığa keçmiş namizəd, hüquq müdafiəçisi Vidadi İsgəndərlinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

V.İsgəndərlinin qardaşı Oqtay İsgəndərlinin APA-ya verdiyi məlumata görə, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, V.İsgəndərlinin ittiham olunduğu maddələrdən biri olan 132-ci (döymə) maddəsi ilə ona 4 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Sonradan Milli Məclisin qərarı ilə həmin maddə üzrə azadlıqdan məhrum etmə cəzasının verilməsi ləğv olunub. Bundan sonra Qaradağ Rayon Məhkəməsi V.İsgəndərlinin cəzasını 2 ay azaldıb. Həmin qərardan isə apellyasiya şikayəti verilib. Apellyasiya şikayətində 4 ayın ləğv olunması tələb olunub.

İttihama görə, 2010-cu il noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçirilən seçkilərlə əlaqədar 89 saylı Göyçay-Ağdaş Dairə Seçki Komissiyasından Vidadi İsgəndərli barəsində daxil olmuş məlumat əsasında Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 159.4.1 (Seçki hüquqlarının həyata keçirilməsinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mane olma) və 160.2.1-ci (Seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə cinayət işi başlanıb.

Göyçay rayon Məhkəməsinin hökmü ilə V.İsgəndərov 3 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilib. Lakin şikayət təmin olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR