Gürcüstanda daha bir siyasi partiyanın sədri dəyişib - FOTOSESSİYA

Gürcüstanda daha bir siyasi partiyanın sədri dəyişib - <span style="color: red;">FOTOSESSİYA
# 09 dekabr 2012 14:27 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Tiflisdə İrakli Alasaniyanın başçılıq etdiyi “Azad demokratlar-Bizim Gürcüstan” partiyasının qurultayı keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, qurutayda Gürcüstanın baş naziri Bidzina İvanişvili, parlamentin sədri David Usubaşvili, müdafiə naziri, partiyanın sədri İrakli Alasaniya çıxış ediblər.

“Azad demokratlar”ın Tiflis təşkilatının birinci katibi İrakli Qadaqişvili yeni sədr seçilib.

Təftiş komissiyanın sədri isə partiyanın baş katibi İrakli Çikovani seçilib.

Qurultayda Marneuli, Rustavi, Msxeta və digər bölgələrdən də nümayəndələr iştirak ediblər.

Baş nazir Bidzina İvanişvili Saakaşvili hakimiyyətini tənqid edib, onların “imkanının getdikcə tükəndiyini” bildirib: “Belə davam etsə, qarşıdan gələn prezident və yerli orqanlara seçkilərdə bizim ciddi rəqibimiz olmayacaq. “Gürcü arzusu”nun daxilində rəqabət gücləndirilməli, eyni zamanda bizim komanda üzvləri iş prinsiplərinə sadiq qalmalıdırlar. Növbəti seçkilərə qədər biz koalisiyanın fəaliyyətini davam etdirməliyik. Opponentlərimiz keçmiş hakimiyyətin üzvləridir. Onların bizimlə rəqabətə girməyə imkanı yoxdur. Onlar köhnə ideologiyalarını davam etdirirlər. Mənim bütün çağırışlarıma baxmayaraq, onlar zorakılıqdan əl çəkmir və ölkənin inkişafı naminə bizimlə əməkdaşlıq etmək istəmirlər”.

Qeyd edək ki, partiya lideri İrakli Alasaniya Gürcüstanın müdafiə naziri təyin olunduğu üçün istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR