Nepalın paytaxtında etirazçılar yolları bağlayıblar

Nepalın paytaxtında etirazçılar yolları bağlayıblar
# 30 aprel 2015 04:44 (UTC +04:00)

Bakı-APA. Nepalın paytaxtı Katmandu şəhərində 200-ə yaxın etirazçı şəhərin mərkəzində yolları bağlayaraq hökumətə qarşı şüarlar səsləndirib.

APA-nın “Euronews”-a istinadən verdiyi xəbərə görə, etirazçılar ölkədə baş vermiş güclü zəlzələdən əziyyət çəkənlərə yardım göstərilməsini tələb ediblər.

Aksiya iştirakçıları hökuməti lazımi tədbirlər görməməkdə günahlandırır. Polislə etirazçılar arasında xırda toqquşmalar baş verib.

Qeyd edək ki, Nepalda zəlzələ qurbanlarının xatirəsinə üçgünlük matəm elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR