Demokratik Qüvvələrin Məşvərət Məclisinin iclası keçirilib

Demokratik Qüvvələrin Məşvərət Məclisinin iclası keçirilib
# 25 dekabr 2012 11:51 (UTC +04:00)

Bakı. Ramil Məmmədli-APA. Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) iclası keçirilib.

DQMM-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda ölkədəki ictimai-siyasi vəziyyət, Qərbi Azərbaycanda (İndiki Ermənistan) yaşayan azərbaycanlıların öz tarixi torpaqlarından deportasiya olunması barədə SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci tarixli qərarının 65 illiyi ilə bağlı Məşvərət Məclisi tərəfindən keçirilmiş konfrans, Naxçıvandakı mövcud durum, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbirlər və cari məsələlər müzakirə edilib.

İclasda 31 dekabrda Şəhidlər Xiyabanının, Əbülfəz Elçibəyin və Seyid Cəfər Pişəvərinin məzarını ziyarət edilməsi ilə bağlı qərar qəbul olunub, dünya azərbaycanlılarına təbrik ünvanlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR