«Azəryolservis»də qış mövsümünə hazırlıq məqsədilə xüsusi qərargah yaradılıb

«Azəryolservis»də qış mövsümünə hazırlıq məqsədilə xüsusi qərargah yaradılıb
# 05 dekabr 2012 13:54 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Payız-qış mövsümünə hazırlıq, payız-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mərkəzi aparatında qərargah yaradılıb.

«APA-Economics»in ASC-nin yaydığı xəbərə istinadən verdiyi məlumata görə, Qərargah tərəfindən qarlı və şaxtalı havalarda yollarda yarana biləcək problemləri aradan qaldırmaq məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir, avtomobil yollarına mütəmadi baxış aparılır, mövcud problemlər aradan qaldırılır.

Bununla yanaşı, mərkəzi aparatda və bölgələrdə yerləşən yol istismar idarələrində 24 saat fəaliyyət göstərən növbətçi briqadalar yaradılıb. Yol texnikası, maşın və mexanizmlər, nəqliyyat vasitələri saz vəziyyətə gətirilib, material ehtiyatı yaradılıb (texniki duz, qum, yanacaq və s.), işçilər xüsusi geyim formaları ilə təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR