BMT-də İranda insan haqlarının pozulmasını pisləyən qətnamə qəbul olunub

BMT-də İranda insan haqlarının pozulmasını pisləyən qətnamə qəbul olunub
# 28 noyabr 2012 12:31 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. BMT Baş Assambleyasının 3-cü Komitəsində İranda insan haqlarının pozulmasını pisləyən qətnamə qəbul olunub. APA-nın məlumatına görə, sənədin lehinə 83, əleyhinə 31 ölkə səs verib, 68 dövlət isə bitərəf qalıb.

Qətnamədə İran sistemli şəkildə insan hüquq və azadlıqlarını pozmaqda, müxalifətə qarşı sərt cəza tədbirləri həyata keçirməkdə, məhbuslarla qeyri-insani və təhqiramiz rəftar etməkdə, azyaşlıların edamında, etnik azlıqların diskriminasiyasında, din azadlıqlarının məhdudlaşdırılmasında və s. ittiham olunub. Sənədin sonunda rəsmi Tehran beynəlxalq hüquq müdafiə təşkilatları ilə hərtərəfli əməkdaşlıq etməyə dəvət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR