Bakı Fond Birjası onlayn ödənişlər sistemi tətbiq edib

Bakı Fond Birjası onlayn ödənişlər sistemi tətbiq edib
# 07 dekabr 2012 15:52 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. Bakı Fond Birjası (BFB) 7 dekabr tarixindən etibarən göstərdiyi xidmət səviyyəsini yüksəltmək məqsədilə öz veb-saytında onlayn ödənişlər sistemini tətbiq edib.

Birjadan «APA-Economics»ə verilən məlumata görə, artıq BFB-nin informasiya bülletenlərinə abunə olan təşkilat və şəxslər, birja komissiyalarını və Məsafədən Qoşulma İş Yerləri terminallarından istifadə rüsumunu ödəmək istəyən broker təşkilatları (birja üzvləri) www.bfb.az saytı vasitəsilə sözügedən ödənişləri edə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR