TQDK gələn ilin yanvarından V-XI sinif dərsliklərinin monitorinqinə başlayacaq

TQDK gələn ilin yanvarından V-XI sinif dərsliklərinin monitorinqinə başlayacaq
# 07 dekabr 2012 15:23 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında fənlər üzrə Ekspert Şuraları yaradılıb. Bunu APA-ya açıqlamasında TQDK-nın ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva bildirib. Onun sözlərinə görə, artıq ibtidai sinif fənlərinin hər biri üzrə Ekspert Şuraları formalaşıb. Yuxarı sinif fənləri üzrə Ekspert Şuralarının yaradılmasına isə yanvar ayından başlanacaq.

Şöbə müdir qeyd edib ki, TQDK gələn aydan V-XI sinif dərsliklərinin monirinqinə başlayacaq: “V sinif dərsliklərinin monitorinqinı xüsusi fikir verilməlidir. Çünki V sinif dərslikləri bu il kurrikulum proqramına uyğun olaraq yazılmış ilk dərsliklərdir. Qəbul imtahanlarının məzmunu V-XI sinif dərslikləri ilə əlaqəli olduğundan bu dərsliklərin monitoriqinə çox ciddi yanaşılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR