Azərbaycanda bir ayın əsgəri xəstəlikdən ölüb

Azərbaycanda bir ayın əsgəri xəstəlikdən ölüb
# 10 dekabr 2012 08:33 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin hərbi hospitalında qeydə alınıb. Bir ay əvvəl hərbi xidmətə çağırılan, 1990-cı il təvəllüdlü Rəşad Mirzəliyev xəstəlikdən dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidməti APA-ya əsgərin ölüm faktını təsdiqləyib.

Qeyd edək ki, R. Mirzəliyev Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsi tərəfindən 2012-ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR