Cari tədris ilində Azərbaycanın 20-dən çox təhsil müəssisəsi akkreditasiyadan keçirilib

Cari tədris ilində Azərbaycanın 20-dən çox təhsil müəssisəsi akkreditasiyadan keçirilib
# 03 aprel 2013 08:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. 2012/2013-cü tədris ili ərzində Azərbaycanın 20-dən çox təhsil müəssisəsi akkreditasiyadan keçirilib. Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev deyib.

O bildirib ki, akkreditasiya prosesi əvvəldən nəzərdə tutulmuş qrafikə uyğun olaraq may ayına kimi davam edəcək. May ayından sonra akkreditasiyanın müzakirələri başlanacaq: “Bu tədris ili ərzində ancaq dövlət orta təhsil müəssisələri akkreditasiyadan keçiriləcək. Ali təhsil müəssisələrində isə vəziyyət fərqlidir. Belə ki, əvvəldən nəzərdə tutulan qrafikə əsasən həm özəl, həm də dövlət ali təhsil müəssisələri akkreditasiyaya cəlb olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR