“İnter”in futbolçusu: ““Neftçi”yə 2 qol vurduğum üçün çox sevinirəm”

“İnter”in futbolçusu: ““Neftçi”yə 2 qol vurduğum üçün çox sevinirəm”
# 07 dekabr 2012 09:40 (UTC +04:00)

Bakı-APA. “Neftçi” ilə oyunumuz maraqlı alındı. 2 qol vurduğum üçün çox sevinirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliyanın “İnter” klubunun futbolçusu Marko Livaya deyib.


Avropa Liqasının qrup mərhələsinin son turunda Azərbaycan çempionu “Neftçi” ilə Milandakı qarşılaşmada 2 qol vuran italiyalı 2:2 hesabından razı qalıb: “Milito kimi oyunçu ilə eyni komandada olduğuma şadam. O, hər şey qazanmış böyük futbolçudur. Yanvardan sonra da “İnter”də qalacağam. Mənim üçün hücumun solunda, sağında və ya mərkəzində oynamağın heç fərqi yoxdur. “Neftçi”yə qarşı xeyli sayda 1993-94-cü il təvəllüdlü gənclərimiz oynadı. Onlarla birgə meydanda olmaq darıxdırıcı deyildi. Belə heyətlə heç-heçə də qənaətbəxşdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR