İran Məşhəddə İmam Rza türbəsini ziyarət etmək üçün tətbiq olunan viza rejimini ləğv edib

İran Məşhəddə İmam Rza türbəsini ziyarət etmək üçün tətbiq olunan viza rejimini ləğv edib
# 15 dekabr 2012 09:23 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran Məşhəd şəhərindəki İmam Rza türbəsini ziyarət etmək üçün xarici vətəndaşlara tətbiq olunan viza rejiminin ləğvi barədə qərar qəbul edib.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, İran prezidenti Mahmud Əhmıədinejadın da iştirakı ilə keçirilmiş Məşhəd Milli Ziyarət İşçi Qrupunun iclasında belə bir qərar qəbul olunub.

Digər qərarla Məşhədə beynəlxalq ziyarət şəhəri statusu verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR