“Xəzər Lənkəran” “Beşiktaş”ın sabiq futbolçusunu transfer edir

“Xəzər Lənkəran” “Beşiktaş”ın sabiq futbolçusunu transfer edir
# 21 dekabr 2012 12:56 (UTC +04:00)

Bakı – APA. Qış fasiləsinə çıxan “Xəzər Lənkəran” ilk transferini reallaşdırıb. Bu haqda apasport.az saytına klubun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. O bildirib ki, vaxtilə “Beşiktaş”da oynamış 27 yaşlı hücumçu Gökhan Güləçin keçidini artıq razılaşdırıblar.

“Bir sıra ölkələrdə oynayan futbolçularla maraqlanırıq və onlar arasında seçilir. Artıq Gökhanla anlaşdıq. Tibbi müayinədən keçəndən sonra rəsmi müqavilə bağlayacağıq. Həmin vaxt onun detalları bilinəcək” – deyə, Nadirov bildirib.

Güləç “Qaziantepspor” (2004-05, 17 oyun, 4 qol), “Beşiktaş” (2005-07, 35 oyun, 8 qol), “Dənizlispor” (2007-08, 13 oyun, 1 qol), “Bursaspor” (2008-09, 28 oyun, 6 qol), “Kasımpaşa” (2009-2012, 28 oyun, 7 qol) klublarında oynayıb. Bu ildən formasını geyindiyi aşağı divizion təmsilçisi “Şanlıurfaspor”un heyətində isə meydana çıxmayıb.

Türkiyənin 21 yaşlılardan ibarət yığmasında 6 oyunda 1 qol vuran Gökhanın karyerasındakı uğurlar “Beşiktaş”la olub. Belə ki, hücumçu “Qara Qartallar”la 2005 və 2006-cı illərdə Türkiyə kubokunu, 2005-ci ildə eyni zamanda Türkiyə Superkubokunu qazanıb. Ancaq “Beşiktaş”a Ərtoğrul Sağlamın baş məşqçiliyə gəldiyi vaxtda “Dənizslipor”a 1 illiyə icarəyə verilən futbolçu sonradan klubla problemi üzündən müqaviləsi ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR