İsa Qəmbər: “Müsavat Partiyası sentyabrın 27-də qurultayını keçirməlidir”

İsa Qəmbər: “Müsavat Partiyası sentyabrın 27-də qurultayını keçirməlidir”
# 12 sentyabr 2014 10:09 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Mən hesab edirəm ki, Müsavat Məclisinin qərarı yerinə yetirilməli, sentyabrın 27-də partiyanın qurultayı keçirilməlidir”.

APA-nın məlumatına görə, bunu Müsavat başqanı İsa Qəmbər jurnalistlərə açıqlamasında deyib.

İ. Qəmbərin sözlərinə görə, istənilən halda qurultay keçirilməlidir: “Yer məsələsinə gəldikdə, bu barədə qərar Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısında veriləcək”.

O, Müsavatın qurultayından sonra partiyada hansı vəzifəni tutacağı məsələsinə də münasibət bildirib.

İ. Qəmbər deyib ki, qurultaydan sonra sıravi müsavatçı olmağın zövqünü yaşamaq istəyir.

“Yekun qərarı isə müsavatçılarla müzakirədən sonra verəcəyəm”, - deyə o bildirib.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına qurultay üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evini təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR