Azərbaycan İpoteka Fondunun daha 5 mln. manatlıq istiqrazları yerləşdirilib

Azərbaycan İpoteka Fondunun daha 5 mln. manatlıq istiqrazları yerləşdirilib
# 11 dekabr 2012 06:45 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən «APA-Economics»ə verilən məlumata görə, 3 investorun iştirakı ilə keçirilən hərraca 5 mln. manat həcmində istiqraz çıxarılıb. Sifarişlərin nominal üzrə ümumi məbləği 33,771 mln. manat təşkil edib. Sifarişlər 100,75% qiyməti ilə təqdim olunub. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 mln. manat məbləğində müəyyən edilib. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2022-ci il yanvarın 22-də icra olunacaq.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının emissiya prospekti bu ilin yanvar ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 30 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazlar üzrə gəlirlik isə illik 3% təşkil edir. İndiyədək sözügedən emissiyanın 25 mln. manatı yerləşdirilib.

Xatırladaq ki, bundan öncə AİF-in yerləşdirməsi 2009-cu ilin iyununda başlanan və həcmi 55 mln. manat olan, yerləşdirməsi 2010-cu ilin fevralın 1-də başlanan və həcmi 75 mln. manat olan, yerləşdirməsi 2011-ci ilin yanvarın 17-də başlanan və həcmi 60 mln. manat olan, yerləşdirməsi 2011-ci ilin oktyabrın 4-də başlanan və həcmi 20 mln. manat olan 4 buraxılış tam yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR