Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının “İqtisadiyyat” jurnalının Redaksiya Heyətinin görüşü keçirilib

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının “İqtisadiyyat” jurnalının Redaksiya Heyətinin görüşü keçirilib
# 08 noyabr 2012 16:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin noyabr ayının 7-8-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun 2-ci iclası keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, iclas çərçivəsində bu gün təşkilatın «İqtisadiyyat» jurnalının Redaksiya Heyətinin ilk görüşü keçirilib.

Tədbirdə «İqtisadiyyat» jurnalının Redaksiya Heyətinin tərkibi təsdiq edilib, sədr və müavinləri seçilmiş, prioritet istiqamətlər müəyyənləşdirilib, fəaliyyət və idarəetmə mexanizmləri ətrafında müzakirələr aparılıb.

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev jurnalın baş redaktoru seçilib.

Qeyd edək ki, «İqtisadiyyat» jurnalının Redaksiya Heyətinin üzvləri İƏT-ə üzv ölkələrin nümayəndələrindən ibarətdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR