Bakıda bıçaqlanma hadisəsi verib

Bakıda bıçaqlanma hadisəsi verib
# 22 dekabr 2012 11:19 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Bakıda bıçaqlanma hadisəsi verib. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qanbay Vəzirov küçəsində baş verib. Sabunçu rayon sakini 1986-cı il təvəllüdlü İxtiyar Məmmədov qonşusu Ramil Abıyev tərəfindən bıçaqlanıb. İ. Məmmədov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. R. Abıyevin tutulması istiqamətində əməliyyat tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR