Genetik modifikasiya olunmuş bitkiləri Azərbaycana gətirənlər böyük miqdarda cərimələnəcək

Genetik modifikasiya olunmuş bitkiləri Azərbaycana gətirənlər böyük miqdarda cərimələnəcək
# 25 dekabr 2012 08:59 (UTC +04:00)

APA-nın xəbərinə görə, layihə barədə məlumat verən komitə sədri Eldar İbrahimov sənədin ölkə prezidentinin imzası ilə MM-ə daxil olduğunu bildirib. Qeyd olunub ki, məcəlləyə 120-1 maddəsi əlavə edilir. Bu da mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulması ilə bağlıdır.

Dəyişikliyə əsasən, qanunvericiliyin pozulmasına görə, fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər 500 manatdan 600 manatadək, hüququ şəxslər 1500 manatdan 2000 manatadək cərimə olunacaqlar. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri istisna olmaqla, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının Azərbaycana gətirilməsinə, rayonlaşdırılmasına və dövlət reyestrinə daxil edilməsinə görə, fiziki şəxslərin 3000, vəzifəli şəxslərin 10 000, hüququ şəxslərin isə 50 000 manat cərimə olunması təklif edilir.

Müzakirələrdən sonra Aqrar Siyasət Komitəsi layihəni MM-in plenar iclasına tövsiyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR