Dünyanın 100 ən yaxşı ali məktəbinin reytinqi açıqlanıb

Dünyanın 100 ən yaxşı ali məktəbinin reytinqi açıqlanıb
# 05 mart 2013 09:01 (UTC +04:00)

APA-nın xəbərinə görə, siyahının ilk üç yerində Harvard Universiteti, Massaçusets Texnologiya Universiteti və Kembric Universiteti qərarlaşıb.

İlk iyirmilikdə ABŞ, Böyük Britaniya, Yaponiya, Kanada və İsveçrənin ali məktəbləri yer alıb. Rusiyanın Moskva Dövlət Universiteti 50-ci, Türkiyənin Orta Doğu Texniki Universiteti isə 53-cü yerdədir. Azərbaycanın ali məktəbləri siyahıda yer almayıb.

Qeyd edək ki, reytinq cədvəli “Times” qəzetinin dünyanın təhsil sahəsində tanınmış “Times Higher Education” adlı əlavəsi tərəfindən dünyanın 144 ölkəsində elmi ictimaiyyətin 16,6 min təmsilçisi arasında keçirdiyi sorğu əsasında tərtib olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR