Azərbaycanda vergi cinayətləri daha çox tikinti sektoru və pərakəndə satışda baş verir

Azərbaycanda vergi cinayətləri daha çox tikinti sektoru və pərakəndə satışda baş verir
# 22 noyabr 2012 12:18 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda vergi cinayətləri əsasən tikinti və pərakəndə ticarət sektorlarında baş verir. «APA-Economicsin məlumatına görə, bu barədə Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentində KİV nümayəndələri üçün təşkil olunmuş «Açıq qapı» günündə bildirilib.

Tədbirdə vergidən yayınma halları ilə bağlı bəzi maraqlı cinayət işləri, o cümlədən xarici telekanalların qanunsuz yayımı və rabitə xidmətlərinin qanunsuz göstərilməsi, daş karxanalarında və istehsalatda, habelə mənzil tikintisində vergidən yayınma halları və onun qarşısının alınması üçün görülən tədbirlər barədə məlumat verilib.

Tədbirdə qeyd edilib ki, 2012-ci ilin ilk 9 ayı ərzində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq və aksiz markaları ilə markalanmamış malların satılması faktları üzrə ümumilikdə 322 cinayət işi başlanılıb. Nəticədə, 262 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb ki, bu da 2011-ci ilin eyni dövrünə nisbətən 27 iş çoxdur. Bu dövrdə 62 nəfər barəsində 58 iş baxılması üçün məhkəmələrə göndərilib, 204 işin icraatına xitam verilib. Bunlardan 150-də bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə, barələrində cinayət işinə xitam verilib. Büdcəyə 9 102,6 min manat vəsait ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR