Azərbaycan parlamenti ətraf mühitlə bağlı bir neçə qanuna dəyişikliklər etməyə hazırlaşır

Azərbaycan parlamenti ətraf mühitlə bağlı bir neçə qanuna dəyişikliklər etməyə hazırlaşır
# 25 dekabr 2012 11:02 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin Aqrar siyasət Komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə, həmçinin «Ekoloji təmiz kənd təsərrüfatı haqqında», «Seleksiya nailiyyətləri haqqında», «Ekoloji təhlükəsizlik haqqında», «Ətraf mühitin mühafizəsi haqqında» və «Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısı haqqında» qanunlara dəyişikliklər layihəsi müzakirə olunub.

APA-nın məlumatına görə, dəyişikliklər barədə məlumat verən komitə sədri Eldar İbrahimov bildirib Ki, «Ekoloji təmiz kənd təsərrüfatı haqqında» qanunun 4-cü maddəsinə Azərbaycana məxsus ənənəvi mədəni brend bitkilərin mühafizəsi bəndi daxil edilib. «Seleksiya nailiyyətləri haqqında» qanuna dəyişiklik isə patent ərizəsi üçün lazım olan sənədlərə daha iki sənəd – seleksiya nailiyyəti nümunəsinin Azərbaycanın Milli Genbankında saxlanmağa qəbulu haqqında arayış və genetik pasport əlavə olunub. «Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısı haqqında» qanuna təklif edilən əlavəyə əsasən, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları xüsusi icazə əsasında yol verilən əşyaların siyahısına daxil edilir.

Müzakirələrdən sonra qanun layihələri parlamentin iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR