Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın mitinq və piket keçirilmək barədə müraciətinə cavab verib

Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın mitinq və piket keçirilmək barədə müraciətinə cavab verib
# 17 may 2012 13:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) İctimai Palatanın (İP) mayın 19-da mitinq, mayın 20-də isə piket keçirilməsi ilə bağlı müraciətinə cavab verib.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu APA-ya bildirib ki, cavab məktubunda mayın 19-da aksiyanın saat 16.00-dan 18.00-dək Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsi təklif edilib. Paytaxt meriyasının binası qarşısında mayın 20-nə planlaşdırılan piketin keçirilməsi isə BŞİH tərəfindən məqsədəuyğun hesab edilməyib.

T. Yaqublu deyib ki, bununla yanaşı, İP mayın 21-də BŞİH-nin binası qarşısında aksiya keçirilməsi ilə bağlı məktubunu da şəhər icra hakimiyyətinə təqdim edib.

Qeyd edək ki, İP Mitinq Komitəsi mayın 19-da saat 16.00-dan 18.00-a qədər Binəqədi rayonu 7-ci mikrorayonda İnqilab kinoteatrının qarşısından Süleyman Sani Axundov küçəsini keçməklə “Dərnəgül” metro stansiyasının qarşısında yürüş-mitinq, mayın 20-də isə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası önündə piket keçirmək barədə qərar verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR