London Metal Birjasında (LME) ticarət zamanı alüminiumun bir tonunun qiyməti 2008-ci ilin iyul ayından bəri ilk dəfə olaraq 3,23 min ABŞ dollarını ötüb.
"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, artımın pik zirvəsində metalın qiyməti bir ton üçün 3,236 min dollara çatıb.
Eyni zamanda, Bakı vaxtı ilə saat 18:15-də alüminium qiyməti 3 220,5 dollar səviyyəsində ticarət olunurdu.